Qadın döyüşdən qaçan keçmiş ərini polisə “satdı”

img

Moskva vilayətində yaşayan rusiyalı qadın səfərbərlikdən yayınan keçmiş əri barədə polisə müraciət edib.

 

Rezonans.az xəbər verir ki, adı açıqlanmayan qadının 38 yaşlı əri paytaxtın hərbi komissarlığında hərbi qeydiyyatda olub.

 

O, səfərbərliyin başlaması ilə Puşkino şəhərində kirayə mənzildə gizlənməyə qərar verib.

 

Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, keçmiş əri səfərbərlikdən yayınıb. Onun müraciətindən sonra həmin şəxsin yerini müəyyən etmək mümkün olub.

Xəbəri paylaş: