Şimali Koreyanın atdığı raket Yaponiyanı qorxuya saldı

img

Koreya Xalq Demokratik Respublikası oktyabrın 4-də daha bir ballistik raket buraxıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

 

Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilomert hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib.

 

Raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.

 

Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib.

Xəbəri paylaş: