Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrəvana gəlir

img

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə oktyabrın 4-5-də Ermənistanda işgüzar səfərdə olacaq.


Rezonans.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

Oktyabrın 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən qəbul ediləcək.
 

Səfər zamanı baş direktor Qrossini Ermənistan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri, ərazi idarəetmə və infrastruktur naziri və səhiyyə naziri qəbul edəcək.
 

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru həmçinin Ermənistan Atom Elektrik Stansiyasına, Fanarjyan Milli Xərçəng Mərkəzinə baş çəkəcək və İrəvan İrəvan Dövlət Universitetinin tələbələri üçün mühazirə oxuyacaq.

Xəbəri paylaş: