Ötən ay ərzində 100 nəfərə “Təmas” İctimai Birliyi tərəfindən yardım göstərilib

img

Gəncədə fəaliyyət göstərən sığınacaqlardan biri xidmətlərdən yararlananların statistikasını paylaşıb. 


Bu barədə Rezonans.az-a "Təmas" Regional İnkişaf İctimai Birliyindən məlumat verilib.


Sentyabr ayı ərzində “Təmas” Regional İnkişaf İctimai Birliyinin sığınacağından 39 nəfər qadın və uşaq yararlanıb. Onlardan 2-si insan alverÖtəni qurbanı, 37 nəfəri isə potensial qurbanlar olublar. Bunlardan 18 nəfəri qadın, 21-i isə uşaqdır (12 qız, 9 oğlan).


Bundan başqa, mərkəzə 61 nəfər (14 kişi və 47 qadın) birbaşa və ya qaynar xətt vasitəsilə müraciət edib. Onlara hüquqi, psixoloji və sənədlərin düzəldilməsi ilə bağlı məsləhətlər verilib, bəzi məsələlərdə prosedur qaydaları izah edilib, aidiyyəti qurumlara istiqamətləndirmə kimi xidmətlər göstərilib.


Qeyd edək ki, İctimai Birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrantlar müsabiqəsinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrası davam edir.

Xəbəri paylaş: