MDB-dən gələn turistlər Naftalanı seçir - Agentlik sədri

img

Bu gün Naftalan rayonunda Turizm İnformasiya Mərkəzinin açılışı olacaq ki, bu da Naftalanın turizm potensialını artırmağa imkan verəcək.

 

Rezonans.az xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan- Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

 

"Ölkəmizə sağlamlıq turizmindən istifadə məqsədi ilə əsasən MDB ölkələrindən gəlirlər. Onlar da daha çox Naftalanı seçirlər", - agentlik sədri bildirib.

Xəbəri paylaş: