SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

img

‌Növbəti həftə (10-11.10.2022 və 13-14.10.2022  tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. 


Rezonans.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi), 2-ci günü Lerik şəhərində (Lerik Mədəniyyət Mərkəzi), 4-cü günü Astara şəhərində (Mədəniyyət Evi), 5-ci günü isə Yardımlı şəhərində  (Mədəniyyət Mərkəzi) baş tutacaq. 


Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: