Evdən 45 min manatlıq oğurluq

img

Bakıda mənzildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları (25 500 manat) və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: