"Taxıl dəhlizi" təşəbbüsü çərçivəsində daha yeddi gəmi Ukrayna limanlarından yola düşüb.
Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi “Facebook”da məlumat yayıb.
Qeyd olunub ki, içərisində 172,6 min ton kənd təsərrüfatı məhsul olan gəmilər Asiya və Avropa ölkələrinə yola salınıb.
Qeyd olunur ki, 60 min ton Ukrayna buğdası olan “CORNELIA M” yükdaşıyıcısı Pivdennı limanından Vyetnama yola düşüb. "SHAMAN WISDOM", "LADY EVA", "ORIS SOFI" gəmiləri Odessa limanının yanalma yerlərini tərk ediblər. Çornomorsk limanından - "LAURUS", "ENEIDA" toplu daşıyıcıları və "CHEM HERO" tankeri yola salınıb.










