18 cinayətin üstü illər sonra AÇILIB

img

Oktyabrın  10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Xəbəri paylaş: