Ukraynada müharibəyə son qoya biləcək şəxs Trampdır - Orban

img

Ukraynada müharibəyə son qoya biləcək şəxs ABŞ-ın keçmiş prezidenti Donald Trampdır. 

 

Rezonans.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

 

Berlində keçirilən panel tədbirində çıxış edən Orban bildirib ki, sülh danışıqları Ukrayna ilə Rusiya arasında deyil, ABŞ və Rusiya arasında aparılmalı və danışıqları Amerika tərəfdən Tramp aparmalıdır.

 

O qeyd edib ki, Co Bayden Rusiya prezidenti Vladimir Putinə qarşı ittihamları ilə "həddindən artıq irəli gedib" və onu "müharibə cinayətkarı" adlandırıb: "Buna görə Bayden üçün sülh bağlamaq çətin olacaq. Bu, sərt səslənəcək, lakin ümid Donald Trampadır”.

 

Orban Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarını tənqid edərək, onları primitiv və fəlakətli adlandırıb. Onun sözlərinə görə, sanksiyalar “ağıllı şəkildə” tətbiq edilməlidir. 

Xəbəri paylaş: