Laçında tank mərmisi və əl qumbarası aşkarlandı

img

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş: