Koronavirusa yoluxma 10 faiz azalıb - ÜST

img

Son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə koronavirusdan ölüb.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 10 faiz, ölüm hallarının sayı isə 1 faiz azalıb.

 

Qeyd edək ki, oktyabrın 12-si üçün koronavirusa yoluxanların sayı 619 770 633 nəfərə, ölənlərin sayı isə 6 539 058 nəfərə çatıb.

Xəbəri paylaş: