Qrossi bomba sığınacağında Kuleba ilə görüşdü

img

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Qrossi özünün "Twitter" hesabında məlumat yayıb.

 

Görüş Kiyevdəki bomba sığınacaqlarının birində keçirilib.

 

Tərəflər Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması barədə fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş: