Bakıda kütləvi dava - Dostlar bıçaqlandı

img

Bakının Nərimanov rayonunda kütləvi dava olub.

 

Rezonans.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb.

 

Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb.

 

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: