
Biz Edillidə bir müddət əvvəl baş verənlərin şahidi oluruq. Bu, çox dəhşətlidir.
Rezonans.az xəbər verir ki, bunu Çexiya "Avropaya açılan qapılar" İctimai Birliyinin rəhbəri Stanislava Rousova oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı AZƏRTAC-a açıqlamasında bildirib.
Edillidə baş vermiş hadisələr barədə danışan S.Rousova deyib:
"Bu, çox kədərləndiricidir. İnsanların burada necə əziyyət çəkdiklərini təsəvvür edə bilmirəm. Burada cəsədləri aşkar olunanlar öz vətənlərini müdafiə ediblər. Mən vəfat edənlərin xatirəsini anmaq üçün özümlə buraya şam gətirmişəm".