Rusların S-300-ləri məhv edildi

img

Ukrayna ordusu Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.

 

Rezonans.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində rusların silah-sursat anbarları məhv edilib.

 

Bundan başqa düşmənin eləcə də S-300 kompleksləri sıradan çıxarılıb.

 

Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi vurulub.

 

Eyni zamanda, sursat anbarı dağıdılıb.

Xəbəri paylaş: