Oktyabrın 17-də səhər saatlarında Kiyevdə bir neçə partlayış baş verdi - ruslar kamikadze dronları ilə hücuma keçiblər.
Platform4.news baş redaktoru, Kiyevdə yaşayan həmyerlimiz Qulu İbrahimov Rezonans.az-a bildirib ki, Kiyevin Şevçenkovski rayonunda səhər saatlarında bir neçə partlayış səsi eşidilib.
"Bu dəqiqələrdə hadisə yerinə çatdım, gözümün önündə bir partlayışda baş verdi", deyə Qulu İbrahimov əlavə edib.










