Rusiyada səfərbər olunan 10 min əsgər geri QAYTARILDI

img

Rusiya Federasiyasında səfərbər olunan 10 minə yaxın əsgər bir sıra səbəblərə görə vətənə qaytarılıb.

 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya  Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

 

"Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib.

 

Bildirək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb.

 

Həmçinin məlumat verilib ki, Rusiya şirkətləri səfərbərliyə başladıqdan sonra işçilərinin 10%-ə qədərini itiriblər.

Xəbəri paylaş: