Bu ilin sentyabrın 13-dən indiyə qədər Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını məhv edib.
Rezonans.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat jurnalistlərə açıqlamasında söyləyib.
İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.










