Rusiya müdafiə naziri Sergey Şoyqu britaniyalı həmkarı Ben Uolles ilə telefon danışığı aparıb.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, bundan əvvəl Şoyqu ABŞ, Fransa və Türkiyə müdafiə nazirləri ilə Ukrayna mövzusunda danışıqlar aparıb.










