
Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasının təminatçısıdır.
Müstəqil ekspert Rauf Bayrambəyli Rezonans.az-ın suallarını cavablandırıb.
İran nəyə görə Azərbaycana qarşı bu qədər düşmən mövqedə olmağa çalışır?
İranın Azərbaycana qarşı əsl niyyətinin artıq üzə çıxmağa başlayıbdır, Qarabağ məsələsinin bir çox kartları açmasına və bir çox dövlətlərin əsl simalarını göstərmələrinə nail olmuşdur. İran məqsədli olaraq insanlarımızın İmam Hüseynə, İmam Əliyə olan sevgisindən sui-istifadə etməklə Azərbaycanda iranmeyilli sosial bazanın formalaşdırılması niyyətinin yaratmasına, bugünkü gündə də bu prosesin davam etməsinə və Kərbəla ziyarətinə gedən vətəndaşlarımızla İraq dövləti ərazisində din pərdəsi altında münasibət yaradaraq, sonradan onların casusluq və terrorçuluq əməllərinə sövq edilməsinə çalışır. Eyni zamanda Azərbaycan sərhədlərində iri miqyaslı təlimlər keçirməklə Beynəlxalq aləmin diqqətini İranın daxilində baş verən proseslərdən, milli oyanışın alovlanmasından yayındırmağa çalışaraq, guya daxildə olanların İranı narahat etməməsini və bütün olanlara baxmayaraq, ayaqda dura bildiyini göstərmək istəməsidir xüsusilə türk birliyini özünə qarşı ən böyük təhdid gördüyü üçün qanı, dini özündən olan Azərbaycanın komunikasiyalarına möhtac olmaqdansa Avropaya çıxış üçün erməniyə saqqal tutmağı özünə daha çox rəva bilir. Bunlara paralel olaraq narkotik trafikinin qarşısının alınacağından çox narahatçılıq keçirdiyi üçün Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışır.
Regionda Türkiyə və İsrailin rolu?
Türkiyə Osmanlı imperiyasının varisi kimi müsəlman aləmində eləcə də türk dünyasında hər zaman söz sahibi olmuş və məzlumların hüquqlarını qorumuş, öz qanından olanlarla səmimi münasibət yaratmış bir dövlətdir. Bunu Qarabağ müharibəsində də İraq türkmənlərinə qarşı münasibətdə də sübut edib. O ki, qaldı İsrailə İsrail Azərbaycanın ticarət partnyorudur. Azərbaycan İsrailə yanacaq verir bunun müqabilində isə son model yüksək dəqiqlikli silahlar alır. Bizdən fərqli olaraq isə xristian aləmi hər zaman ermənistanın yanında olub və ona öz dəstəyini verib. Faciəvi tərəfi isə odur ki, qardaş dediuimiz İran Ermənistanın silahlanmasında əsas lojistika, yanacaq və qida və Azərbaycan ordusunun mövqeləri, müdafiə sənayesi və digər strateji sahələri ilə bağlı kəşfiyyat informasiyalarının mənbəyi rolunu oynayıb. İranın İsrailin guya Azərbaycan ərazisindən ona qarşı istifadə etməsi bəhanəsi isə özünün bizə qarşı xainlik əməllərinə bəraət qazandırmasından başqa bir şey deyil. Yaxşı olardı ki, İran sünni Fələstinə qarşı təssübkeşlik etməkdənsə, 1 milyon şiəni qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanla qardaşlıq münasinətlərindən danışsın. Qafanda konsulluq açmaq, Arazın o tayında Azərbaycana əzələ nümayiş etdirmək onu bir daha sübut edir ki, İran üçün şiəlik və qan faktoru yalnız öz planlarını həyata keçirmək üçün bir alətdir. Yaxşı olar ki, İran özündən simulyasiya edərək özünə uydurma düşünçələr yaratmaqdansa, qonşu dövlətlərlə və müsəlman aləmində səmimiyyət göstərərək birlik nümayiş etdirsin və Fransa kimi imperialist dövlətlərin marioneti olmaqdan əl çəksin.
Bəzi Azərbaycan vətəndaşlarının İran xüsusi xidmət orqanlarına agentlik etmələrinin qarşısı alınması üçün vətəndaş mövqeyi necə göstərilməlidir?
Mən dəfələrlə bildirmişəm və təkrar edirəm , İran Kərbəla ziyyarətinə gedən gənclərimizi onların İmam Hüseynə və İmam Əliyə olan sevgisindən istifadə edərək öz məkirli siyasətinə qurban edirlər. Onları özlərinə cəlb edərək agentlik və terrorçuluq yönümdə istifadə edirlər.Vətəndaşlarımızdan ayıq sayıq olmağa çağırırıq. Əslində bu cəlb etmənin arxasında İranın böyük planları durur.Sizlər son nəticədə cinayyət məcəlləsinin müxtəlif maddələri ilə cinayyət məsuliyyətinə cəlb olunduqda və barəvizdə həbs qəti imkan tədbirləri seçildikdə 14-20 ildən azadlıqdan məhrum etmə cəzası oladıqda İran sizin dərdinizi çəkməyəcək və öz məkirli oyunlarını həyata keçirmək üçün yeni qurbanlar axtaracaqdır.
İndiki zamanda onlarla vətəndaşlarımız vardır ki İran xüsusi xidmət orqanlarının qurbanlarına çevrilib və cəza cəkmə müəssisələrində cəzalarını çəkirlər və İran hal hazırda onların ailələrinə ayda 300-500 Azn ödəməklə onlara dəstək durduqlarını göstərərək onlardan gələcəkdə istifadə etmək üçün habelə kriminal aləmdə də İran meyilli gənclərin olmasına çalışırlar.
Vətəndaşlarımıza səslənərək bunlara aldanmamağı Azərbaycan Dövlətinin yanında birləşməyi və düşmənlərimizə qarşı mübarizə aparmağa çağırış edirəm.
Azərbaycan dövləti necə ki, 1 milyon qaçqının hüququnu bərpa edib onların torpaqlarını erməni işğalından xilas etdi, elə də digər xarici ölkələrdəki soydaşlarımızən hüquqlarının qorunmasının təminatçısıdır.
Bu barədə cənab Prezident də öz çıxışında xüsusi olaraq qeyd edib.