Rusiyada qırıcı qəzasının səbəbi məlum oldu

img

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, uçuş zamanı iki qağayı "Su-34"ün mühərriklərinə daxil olub.

 

"Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub", - rəsmi açıqlamada deyilir.

 

Xatırladaq ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər dünyasını dəyişib.

Xəbəri paylaş: