Həftəsonu 5 piyada yol qəzalarının qurbanı olub.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Oktyabrın 22-də saat 6 radələrində Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində şəhər sakini P.Muradxanov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən Validə Sultanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Oktyabrın 22-də saat 20 radələrində Sabirabad şəhəri ərazisində Qalaqayın kənd sakini İ.Əmişov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Züleyxa Əliyevanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Analoji hal oktyabrın 23-də saat 4 radələrində Xətai rayonunun Y.Səfərov küçəsində də qeydə alınıb. Abşeron rayon sakini T.İmanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Oktyabrın 23-də saat 19 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində Bakı şəhər sakini İ.Alızadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Oktyabrın 23-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Şərifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən Qobustan rayon sakini Kənan Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qeyd edilib ki, hər bir faktla bağlı müvafiq polis idarəsində araşdırma aparılır.










