Gəncədə laboratoriyanın tavanı çöküb - TƏBİB

img

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.  

 

Bu barədə Rezonans.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib.

 

"İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.  Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.

Xəbəri paylaş: