Ermənistan Müdafiə Nazirliyi sentyabr döyüşləri zamanı yaralanan hərbçilərin vəziyyəti ilə bağlı məlumat verib.
Rezonans.az xəbər verir ki, nazirliyin oktyabrın 27-nə olan məlumatına görə, 71 hərbçi müalicə olunaraq xəstəxanalardan buraxılıb. Daha 130 əsgərin müalicəsi başa çatıb, lakin onlar hələ də reabilitasiya məzuniyyətindədir.
"Hazırda xəstəxanalarda vəziyyəti ağır və ya son dərəcə ağır olan yaralı yoxdur", - Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncəki açıqlamasında deyib ki, bu il sentyabrın 13-də baş verən sərhəd döyüşlərində də 29 erməni itkin düşüb.
Sentyabr döyüşlərində Ermənistan tərəfdən ölən və itkin düşənlərin ümumi sayı 207 nəfər olub. 293 hərbçi isə yaralanıb.










