Daha 2 yeni qatar Bakıya yola salınıb

img

Bakı metropoliteninin Rusiyadan aldığı 10 yeni vaqondan ibarət daha iki qatar tərkibi yaxın günlərdə Bakıya gətiriləcək. 


Rezonans.az
-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov deyib.

 

O bildirib ki, yeni qatarlar artıq paytaxta yola salınıb: 

 

"Yaxın  günlərdə qatarlar Bakıya gətirilərək Nərimanov elektrik deposuna təhvil veriləcək. Yeni qatarlar saxlanma, sınaq işlərindən sonra xəttə buraxılacaq. Həmçinin, hazırda ötən həftə Bakıya gətirilən iki yeni qatar tərkibi də sınaq mərhələsindədir. Mərhələ başa çatandan sonra həmin qatarlar da xəttə buraxılacaq".

Xəbəri paylaş: