Ermənistana dəhlizin konsepsiyası yaxşı məlumdur - Komissiya sədri

img

Uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur, baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil, hətta sinonim deyillər.

 

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

 

O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur:

 

“MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur.

 

O ki qaldı suverenliyin pozulması məsələsinə, xatırladıram ki, 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Ermənistan ərazisində yol hərəkətinə nəzarət Rusiya FTX-in sərhəd xidməti tərəfindən həyata keçirilir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır".

Xəbəri paylaş: