Bakıda saxta polis TUTULDU

img

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi aparıb pul tələb edən şəxs müəyyən olunub.

 

Bu barədə Rezonans.az-a DİN-dən bildirilib.

 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar davam etdirilir.

 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Xəbəri paylaş: