Livan və İsrail sərhəd müqaviləsi imzaladı

img

Livan və İsrail arasında dəniz sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, imzalanma BMT sülhməramlı qüvvələrinin Ras əl-Nakur burnunda yerləşən qərargahında baş tutub.

 

Livan və İsrail nümayəndə heyətləri imzalanmış sənədləri BMT-nin xüsusi koordinatoru Coanna Vronetskayaya təhvil veriblər.

 

Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hokstin, ABŞ və Fransa səfirləri iştirak ediblər.

 

Xəbəri paylaş: