Şabranda zəncirvari qəza - Xəsarət alanlar var

img

Oktyabrın 27-i axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İki minik maşını və yük avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: