İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dərman vasitələrinin idxalını, topdan və pərakəndə satışını həyata keçirən əsas bazar iştirakçıları ilə görüş keçirilib.
Rezonans.az xəbər verir ki, görüşdə dərman vasitələrinin üzərində Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş qiymətlərin qanunvericiliklə müəyyən olunmuş qaydada göstərilməsinin və satışın tənzimlənmiş qiymətlərə uyğun aparılmasının vacibliyi vurğulanıb. Apteklərdə satılan dərman vasitəsi olmayan digər məhsulların da satışında qiymət intizamına əməl edilməsi, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri müzakirə edilib.
Görüş iştirakçıları istehlak bazarına nəzarət və istehlakçı hüquqları, eyni zamanda Dövlət Xidmətinin dərman vasitələri haqqında qanunvericilik sahəsində səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.