Erməni hərbçilər Qarabağda qəza törətdilər - Ölən var

img

Qarabağda qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə qəza törədiblər. 

 

Rezonans.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

 

Bildirilib ki, spirtli içki qəbul edən silahlı dəstənin 3 üzvü qəzaya düşüb. Hadisə zamanı onlardan biri ölüb, digərləri isə ağır yaralanıb.

 

Xankəndi şəhərində tibb məntəqəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Xəbəri paylaş: