Dünyada insanlar ən çox bu xəstəlikdən ÖLÜRLƏR

img

Hər il 16-17 milyon insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35%, ümumi ölüm sayının isə 11% təşkil edir.

 

Rezonans.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Dilarə Xəlilova bildirib.

 

D.Xəlilova qeyd edib ki, beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur:

 

"Belə ki, insult keçirən xəstələrin 31% kənar şəxslərin köməyinə möhtac qalır, 20 %-də hərəki funksiya bərpa olunmur, yalnız 8-10% insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir. İşemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından bir başa asılıdır.

 

Ümumi klinik əlamətləri aşağıda göstərilənlər ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və ya hissiyyatın pozulması, görmənin zəifləməsi, nitqin aydınlığının pozulması (dizartriya), hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma aktının pozulması, qıcolma tutmaları, yaddaşın, tanıma qabiliyyətinin pozulması, şüurun pozulması.

 

İnsultun baş verdiyini nə qədər tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün böyük əhəmiyəti vardır. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir".

 

Həkim vurğulayıb ki, yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaret, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət və s.) əsas risk faktorlarıdır.

Xəbəri paylaş: