Ərdoğan “Türkiyənin yüz ili” proqramını ELAN ETDİ

img

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) “Türkiyənin yüz ili” şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib.

 

Rezonans.az xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi toplantıya Türkiyədə fəaliyyət göstərənsiyasi partiyalardan cəmi 11-i dəvət olunub.

 

Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb.

 

“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.

Xəbəri paylaş: