20 ildən sonra Kişinyov-Kiyev dəmir yolu yenidən açılır

img

İyirmi illik fasilədən sonra Kişinyov-Kiyev marşrutu üzrə sərnişin qatarlarının hərəkətinə start veriləcək.

 

Rezonans.az xəbər verir ki. bu barədə Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu bildirib.

 

“2022-ci il noyabrın 6-dan Kişinyov-Kiyev dəmir yolu marşrutu fəaliyyətini bərpa edəcək. Qatarlar həftədə üç dəfə Ukraynaya yola düşəcək”, – Spinu qeyd edib.

 

Qatar hər biri Ukraynanın regionlarından birini təmsil edən yeddi vaqondan ibarət olacaq. Marşruta “Moldova Dəmir Yolu” və “Ukrayna Dəmir Yolları” xidmət göstərəcək.

Xəbəri paylaş: