Türkiyə ilə Azərbaycan Avropa və Asiyaya açılan körpüdür

img

Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji hub rolunu oynayır.

 

Rezonans.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı oktyabrın 29-da Türkiyənin milli bayramı münasibətilə keçirilən tədbirdə söyləyib.

 

Diplomat qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır:

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir".

 

Səfir bildirib ki, Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır. Cahit Bağçı onu da vurğulayıb ki, Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır.

Xəbəri paylaş: