Aİ sülh prosesində yaxından iştirak edir - Klaar

img

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesində yaxından iştirak edir.

 

Rezonans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tvitter hesabında yazıb.

 

“Son iki gündə Ermənistan rəhbərliyi ilə yaxşı görüşlər oldu. Mövcud inkişaflar və növbəti addımlar müzakirə edildi. Mən Avropa İttifaqının sülh prosesində yaxından iştirakını vurğuladım”, - deyə Klaar qeyd edib.

Xəbəri paylaş: