Qaz tankeri partladı: ölənlər var

img

İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfər ölüb.

 

Rezonans.az xəbər verir ki, hadisə zamanı 10-a yaxın insan yaralanıb.

 

Bildirilib ki, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlıq səbəb olub.

 

Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da maddi ziyan dəyib.

Xəbəri paylaş: