Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Rezonans.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.