XİN-dən Cənubi Koreyaya BAŞSAĞLIĞI

img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Nazirlik “Twitter” hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:

 

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

Xəbəri paylaş: