“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.
Rezonans.az xəbər verir ki, bunu Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
Dövlət başçısı görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, bununla bağlı müzakirə ediləcək heç nə yoxdur.
Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb, bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.