"Instagram"da problem yarandı

img

"Instagram" sosial şəbəkəsində problemlər yaranıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə sosial mediaları izləyən "Down detector" portalı məlumat yayıb.

 

Azərbaycanda böyük izləyicisi olan səhifələr kütləvi şəkildə silinib və ya izləyiciləri azalıb.

 

Şirkət problemdən xəbərdar olduqlarını və həll etmək üçün işlərin davam etdiyini bildirib.

 

 

Proqram ilə bağlı ən çox şikayət ABŞ-dan olan hesab sahiblərindən gəlir. Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İtaliya, Hollandiya, İspaniya və Avstraliyadan olan istifadəçilər də problemlə üzləşdiklərini bildiriblər. 

Xəbəri paylaş: