Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, faktla bağlı Masallı RPŞ-də CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmlar davam etdirilir.