Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda IX-XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Rezonans.az xəbər verir ki, görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları təhsilə və sağlam həyat tərzinə təşviq etmək olub.
Sonda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.