Qırmızı diplomu olanlar dövlət qulluğuna imtahansız qəbul edilsin!

img

Qırmızı diplomla yerli universiteti bitirənlərin dövlət qulluğuna imtahansız işə qəbulu təklif olunub.

 

Rezonans.az xəbər verir ki, bu barədə İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deyib.

 

“Ölkədə ayrı-seçkiliklə bağlı qanun qəbul olunmalıdır. Yerli universitetlərin nüfuzunun artırılması üçün addımlar atılmalıdır, Bu gün xaricdə təhsil alanlar üçün ölkəmizdə qapılar açıqdır. Ona görə də təklif edirəm ki, qırmızı diplomla yerli universiteti bitirənlər imtahansız işə qəbul olunsunlar”, - QHT sədri vurğulayıb.

Xəbəri paylaş: