Stoltenberq Türkiyəyə gəlir - SƏBƏB

img

NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək.

 

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş katib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib. Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar.

 

Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.

Xəbəri paylaş: