Mərkəzi Bankın valyuta ehtiyatları artıb

img

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 803 milyon ABŞ dolları təşkil edib.

 

Rezonans.az quruma istinadən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 2% çoxdur.

 

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən və son 1 ildə 11% artıb.

Xəbəri paylaş: