Türkiyədə 4,7 bal gücündə zəlzələ olub.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar Antalya şəhərinin Kumluca rayonundan 68,33 kilometr aralıda, ocağı isə 22,35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.










