8 noyabr – Zəfər Gününə həsr olunmuş “ Dəmir yumruq” adlı dəyirmi masa təşkil edilib

img

2 noyabr 2022-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Dəmir yumruq” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Vətən müharibəsi qaziləri, muzeyin İnnovasiyalar  və təhsil proqramları şöbəsinin, Vətən müharibəsi fondunun əməkdaşları, Numizmatika fondunun müdiri,t.ü.f.d. Aygün Məmmədova və Bakı şəhəri 245 saylı tam orta məktəbin müəllim-şagird kollektivi iştirak edib. 


Rezonans.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 


Tədbiri muzeyin "İnnovasiyalar  və təhsil proqramları" şöbəsinin müdiri Fəridə Şəmsi açaraq İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Sonra Vətən müharibəsi qaziləri - polkovnik leytenant Zaur Kazımov, baş çavuş Saleh Hacıyev, baş gizir İlkin Ağayev, könüllü əsgər Nihat Əfəndi keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər. Daha sonra muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, muzeyin İnnovasiyalar  və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova, muzeyin "İnnovasiyalar  və təhsil proqramları" şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış ediblər. Onlar öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən danışıb və vətən uğrunda şəhid olmuş vətən oğullarının qarşısında baş əydiklərini, onların əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər.


Sonda məktəblilər Vətən müharibəsi qazilərinə suallar ünvanlayıb və xatirə fotoları çəkilib.

Xəbəri paylaş: