Gələn il şəhid ailələri və qazilər üçün ayrılacaq vəsait açıqlandı

img

Növbəti ilin dövlət büdcəsindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısının itirməyə və digər sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 1436,8 milyon manat vəsait proqnozlaşdırılıb.

 

Rezonans.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

 

2023-cü ilin dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldilən vəsaitin məbləği 1467,8 milyon manat proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 235,8 milyon manat (19,1 faiz) çox olmaqla, Fondun xərclərinin tərkibində xüsusi çəkisi 1,6 bənd artaraq 23,6 faiz təşkil edəcək.

 

Növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277,7 milyon manat vəsait nəzərdə tutulub.

Xəbəri paylaş: